Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” ümumxalq səsverməsi

3 mart, 2009

Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2008-ci il tarixli iclasında "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair Ümumxalq səsverməsinin (Referendumun) keçirilməsi haqqında" qərar qəbul edilib. Təklif olunan əlavə və dəyişikliklərin böyük qismi insan hüquq və azadlıqları ilə bağlı olub bu sahədə daha səmərəli təminat mexanizmləri formalaşdırmaq məqsədi daşıyır. Referendumla Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Rusiya ərazisində yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşlarını Referendumda iştirak etməyə dəvət edir. Ümumxalq səsvermə Azərbaycanın Rusiyadakı Səfirliyinin binasında 2009-cu il martın 18-də saat 8:00-dan 19:00-dək keçiriləcəkdir.

Referendumda iştirak etmək üçün özünüzlə Azərbaycan Respublikası vətəndaşının pasportunu götürməyiniz zəruridir.

<< Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılmış hissələrin müqayisəli təqdimatı ilə tanış olmaq üçün >>

Əlavə məlumat üçün:

Mərkəzi Seçki Komissiyası

Bakı - Azərbaycan, AZ 1000 Rəsul Rza 3, Tel/Faks: (994 12) 493 60 08