Azərbaycan Səfiri Sankt-Peterburqda Azərbaycan diasporu ilə görüş keçirmişdir
Cari ilin 26 oktyabr tarixində Sankt-Peterburqda Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun azərbaycan diasporunun nümayəndələri ilə görüşü keçirilmişdir.
Görüşü açan Sankt-Peterburq şəhərinin azərbaycanlı cəmiyyətinin sədri, Smolnı Universitetinin rektoru Heydər İmanov bu görüşün əhəmiyyətini qeyd edərək, cəmiyyətin Azərbaycanın diplomatik nümayəndəliyi, xüsusilə də Azərbaycan konsulluğu ilə razılaşdırılmış fəaliyyət göstərdiyini vurğuladı. H.İmanov dedi: "Fəaliyyətin razılaşdırılması - uğurlu əməkdaşlığın rəhnidir".
Səfir Polad Bülbüloğlu bu təşkilatın öz fəaliyyəti ilə Rusiyanın şimal paytaxtındakı azərbaycan diasporunun möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirdi. Səfir Azərbaycanın BMT-ın Təhlükəsizlik Şurasının qeyri daimi üzvlüyünə qəbul olunması münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı barədə ətraflı danışdı, ümummilli məqsədlərə çatmaq üçün dünya, o cümlədən Rusiyadakı azərbaycanlıların birləşməsinin vacibliyini qeyd etdi.
Səfir həmçinin iyul ayının əvvəlində keçirilmiş Dünya azərbaycanlılarının III qurultayını burada Azərbaycan Prezidenti İlham Əliyevin diasporlar arası işin razılaşdırılmış şəkildə həyata keçirilməməsindən, öz aralarında və ölkənin xaricdəki diplomatik missiyaları ilə zəif əlaqədə olmalarından gileyləndiyi xatırladaraq, bildirdi ki, işin keyfiyyətinin artırılması üçün cari ilin sonunadək həm Ümumrusiya Azərbaycanlılar Konqresi, həm də Rusiya azərbaycanlılarının Federal milli-mədəni dairəsinin tərkibində dəyişikliklərin edilməsi məqsədi ilə qurultayların keçirilməsi planlaşdırılır.
Diplomat ümummilli maraqlardan söhbət getdikdə konsolidasiyanın zərurəti olduğunu vurğuladı. Səfir həmçinin Rusiyadakı azərbaycanlı diasporunun kifayət qədər güclü olduğunu, lakin fəaliyyət qüvvəsinin hələ ki lazımı səviyyədə olmadığını qeyd etdi. Rusiya Dövlət Dumasına qarşıdan gələn seçkilərə toxunaraq o dedi: "Hazırki Dumada azərbaycanlılar yoxdur. Bu mövzu bir başa diaspor fəaliyyəti ilə əlaqədardır. Əgər diaspor təşkilatları öz fəaliyyətlərini mütəşəkkil və məqsədyönlü şəkildə qursalar, azərbaycanlılar Rusiya hökumətinin bütün səviyyələrində təmsil oluna bilərlər".
Görüşdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qudsi Osmanov, Qanunverici məclisin və Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın şimali paytaxtının gəncləri iştirak etmişdirlər.