Mətbuat üçün məlumat, 18 may, 2007-ci il

18 may 2007 il tarixdə Səfriliyin məsul işçiləri Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Departamentinin rəisi, A.V.Kelinlə görüşüb və 27 may 2007-ci il tarixinə planlaşdırılmış Azərbaycanın ərazisi olan Goranboy rayonunun tarixinə həsr olunmuş “Mravın səsi” konfrası ilə bağlı etiraz notasını təqdim etmişdir.

Səfirlik tərəfindən qeyd olunmuşdur ki, Rusiya ictimayyətinin Erməni-Azərbaycan münaqışəsi barədə təhrif edilmiş məlumatı çatdırmaq və eyni zamanda Rusiya-Azərbaycan əlaqələrinə zərər gətirmək məqsədini daşıyan bu aksiyanın keçirilməsi iki dövlətlər arası münasibətlərinin inkişafına mənfi təsir göstərəcəkdir.

Həm Azərbaycan ictimayyətinə, həmdə Rusiyada yaşayan Azərbaycan Diasporuna mənfi təsir göstərən bu kimi fitnəkar aksiyalar təhlükəli tendensiyaya çevrilərək Azərbaycan-Rusiya əlaqələrinin siyasi rəhbərlik tərəfindən təmin olunan çoxtərəfli əməkdaşlığın inkişaf olunmasına qarşı olan qüvvələr tərəfindən həyata keçirilir.

Səfirlik qeyd olunan neqativ tendensiyanın aradan qaldırılması və bugünki Azərbaycan-Rusiya əlaqələrinin səviyyəsinə müvafiq olan muhitin yaradılması ilə bağlı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindən kompleks tədbirlərinin keçirilməsini xahiş etmişdir.