Azərbaycanın Moskvadakı Səfirliyində Yanvar faciəsinin qurbanlarının xatirəsi anıldı

Yanvar ayının 20-də Azərbaycanın Moskvadakı Səfirliyində Yanvar faciəsinin 22 illiyinə həsr olunmuş matəm mərasimi keçirilmişdir. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin barelyefinə gül qoydular. Foyedə o günlərdə azərbaycanlılara qarşı törədilmiş cinayətləri əks etdirən fotostend və faciənin günahsız qurbanlarının adları əks olunan lövhə yerləşdirilmiş, qarısına güllər qoyulmuşdur.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Anma mərasimini açan Səfir Polad Bülbüloğlu 22 il bundan əvvəl baş vermiş hadisələri xatırladaraq, bu qəmli tarixin daim xalqın yaddaşında qalacağını və gələcək nəsillər üçün şücaət dərsi olmalıdır deyə qeyd etdi.

Sovet ordusunun azərbaycan xalqına qarşı özbaşınalığı barədə və informasiya blokadasının qırmaq istiqamətindəki çətinliklər barədə danışan Səfir bu faciənin dönülməz nöqtə kimi dəyərləndirdi və Azərbaycan tarixində dönüş məqamı olduğunu bildirdi.

Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mərd addımını və onun bu hadisənin dərk edilməsindəki əvəzolunmaz xidmətini xüsusilə qeyd etdi. O dedi "Dahi siyasətçi, ümummilli lider Heydər Əliyev faciənin sonrakı günü nümayəndəliyə gələrək bunun azərbaycanlılara qarşı yönəlmiş şiddətin olduğunu bütün dünyaya bəyan etdi. Ən birinci olaraq məhz o, Sovet hökumətinin hərəkətlərini qınadı və bu fakta siyasi qiymət verdi". Səfir vurğuladı ki, keçmiş ittifaqın xalqları arasında məhz azərbaycanlılar öz azadlığı və müstəqilliyi uğrunda belə yüksək qiymət ödədi.

Səfir Polad Bülbüloğlu tədbirdə iştiraklarına və bu məsələdə bizə dəstək göstərdiklərinə görə xarici dövlətlərin Səfirlərinə və diplomatik nümayəndəliklərin əməkdaşlarına təşəkkürünü bildirdi. O, Qazaxıstan Səfirinin vasitəsi ilə dahi yazıçı və mərd insan, ağır günlərdə Bakıya gələn və xalqımızın ağrı və kədərini qardaşcasına bölüşən Oljas Süleymanova Azərbaycan xalqının təşəkkürünü çatdırdı.

Daha sonra Yanvar faciəsi barədə sənədli film nümayiş etdirildi.

Azərbaycanın Moskva ictimaiyyətinin etiraz aksiyasının iştirakçısı, "Ocaq" mədəniyyət cəmiyyətinin sədri, professor Tofiq Məlikli Azərbaycan xalqının tarixində bu faciəyə düzgün mənəvi və hüquqi qiymətin verilməsi zərurəti kimi məqamlara iştirakçıların diqqətini cəlb etdi.

Tədbirdə Türkiyə, Qazaxıstan, Ukrayna, Moldova, Qırğızıstan, Slovakiya, Estoniya, Anqolanın Səfirləri, həmçinin Latviya, Belarus, Türkmənistan, Qvineya, Qana, Zambiya, Paraqvayın müvəqqəti işlər vəkilləri, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, diaspor nümayəndələri, RAGT və rusiya ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.

Tədbirin yekununda Səfirlik tərəfindən ehsan verilmişdir.